Millimiz qələbə ilə başladı

16:15 - 2 İyun 2024

Millimiz qələbə ilə başladı

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında ilk oyununu keçirib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, F qrupunda yer alan Elşad Quliyevin başçılıq etdiyi yığma Belçika seçməsi ilə qarşılaşıb.

Görüş milli komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Vüsal İsayev (2) və Samir Həmzəyev vurublar.

Azərbaycan millisi qrup mərhələsində növbəti oyunlarını iyunun 3-də İtaliyaya, bir gün sonra isə Fransaya qarşı keçirəcək.

Qeyd edək ki, bundan əvvəlki Avropa çempionatının qalibi məhz Azərbaycan yığması olub.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin