Maldiv adaları İsrail pasportlarını məhdudlaşdırır

16:46 - 3 İyun 2024

Maldiv adaları İsrail pasportlarını məhdudlaşdırır

Maldiv adaları İsrailə qarşı ağır sanksiyalar tətbiq etmək qərarına gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qərarda İsrail pasportu olan şəxslərin Maldiv adalarına daxil ola bilməyəcəyi qeyd edilib.

Bu barədə Maldiv prezidenti Məhəmməd Muizzunun ofisinin sözçüsü açıqlama verib.

O, yeni qanunun nə vaxt qüvvəyə minəcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.

İsrail Xarici İşlər Nazirliyi buna cavab olaraq bazar günü İsrail vətəndaşlarına Maldiv adalarına səyahət etməməyi tövsiyə edib. İsrail nazirliyi bu tövsiyənin ikili vətəndaşlığı olan israilliləri də əhatə etdiyini bildirib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin