Məhkəmə İmran Xanla bağlı QƏRAR VERDİ

18:56 - 3 İyun 2024

Məhkəmə İmran Xanla bağlı QƏRAR VERDİ

Pakistanın həbs olunan  keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi ilə bağlı məhkəmə qərar verib.

 

Manset.az Tgrt Haber-ə istinadən xəbər verir ki,  Man məhkəməsi Xan və Qureşi təqsirsiz bilib və onlara verilən 10 illik həbs cəzasını ləğv edib.

Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) lideri Gohar Ali Xan məsələ ilə bağlı verdiyi açıqlamada, İmran Xana qarşı əsassız ittihamların bu gün yekunlaşdığını və keçmiş baş nazirin sözügedən işə görə 10 aydır həbsdə olduğunu bildirib.

Gohar Ali Xan İmran Xanın tezliklə həbsdən çıxacağını iddia edib.

Qeyd edək ki, “dövlət sirlərini açıqlamaq” ittihamı ilə keçmiş baş nazir İmran Xan, həyat yoldaşı Büşra Bibi və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi  2023-cü il avqustun 5-də həbs olunublar.

Jalə

Manşet.az 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin