Fransa liqasının gürcü ulduzu "Qalatasaray" yolunda

19:02 - 3 İyun 2024

Fransa liqasının gürcü ulduzu

Transfer çalışmalarına başlayan "Qalatasaray" Fransa Liqa 1-dən hücumçu transfer etmək istəyir.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Cim-Bom" "Mets"də çıxış edən Georges Mikautadzeni hədəfə alıb.

Sürəti, texnikası və bitirici zərbələri ilə diqqəti çəkən 23 yaşlı forvard "Qalatasaray"a gəlməyə müsbət yanaşır.

Karyerasına Fransada başlayan və ötən mövsüm "Mets"in heyətində 40 oyunda 24 qol vuran futbolçu 16 milyon avroya "Ayaks"a üz tutmuşdu. Lakin Niderlanda uyğunlaşa bilməyən Mikautadze qışda "Mets"ə dönüb və 20 oyunda 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

"Mets" forması ilə iki mövsümdə 37 qol vuran 23 yaşlı oyunçu Gürcüstan yığmasında meydana çıxdığı 24 oyunda 9 qola imza atıb.

"Serainq", "Metz" və "Ayaks" formaları geyinən Mikautadze kariyerasında 147 matça çıxıb, 81 qol vurub. "Ayaks"la 2028-ci ilə qədər müqaviləsi olan gürcünü "Metz" 13 milyon avroya heyətinə qata bilər. Amma "Qalatasaray"ın Çempionlar Liqasında oynaması fransızların işini çətinləşdirib. Çünki "Metz" gələn mövsüm Liqa 2-də oynayacaq.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin