Aytən Səfərovanı niyə efirə buraxmırlar?

19:11 - 3 İyun 2024

Aytən Səfərovanı niyə efirə buraxmırlar?

Bir müddət əvvəl avtomobil qəzası keçirmiş Xəzər TV-nin aparıcısı Aytən Səfərova Xəzər televiziyasına geri dönüb.

 

Manset.az xəbər verir ki, bu barədə Yenisabah.az-a Aytən Səfərovanı tez-tez ziyarət edən keçmiş iş yoldaşı və rəfiqəsi məlumat verib.

Onun sözlərinə görə, artıq teleaparıcının vəziyyəti yaxşıdır.

Televiziyaya qayıtmağına baxmayaraq, Səfərova "Xəzər" telekanalındakı əvvəlki vəzifəsinə geri dönməyib. Bunu ona telekanal rəhbərliyinin məsləhət gördüyü bildirilir.

Mənbə deyib ki, istintaq davam etdiyi üçün bu sezon aparıcının efirə çıxması məqbul sayılmır. Hətta ona işə qayıtmasını publik şəkildə açıqlamamaq tövsiyə edilib.

Səfərovanı Xəzər TV-nin "Xəbər ertəsi" verilişində sezon sonuna qədər jurnalist Ruzana Kərimli əvəz edəcək.

Aparıcı hazırda telekanalda redaktor vəzifəsində çalışır.

Xatırladaq ki, aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hunday İX-35" markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub. Nəticədə İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin