Hayatını boyunbağısı qutardı - Güllə bədəninə girmədi (FOTO)

19:25 - 3 İyun 2024

Hayatını boyunbağısı qutardı - Güllə bədəninə girmədi (FOTO)

ABŞ-ın Kolorado ştatında mübahisə zamanı güllələnən şəxs güllə boynundaki zəncir boyunbağına ilişdiyi üçün ciddi xəsarət almadan xilas olub.

 

Manset.az "CNN Türk"ə istinadən xəbər verir ki, Kolorado ştatında iki kişi arasında yaranan mübahisə nəticəsində bir nəfər silahla digərinin boynuna atəş açıb.

Polis verdiyi açıqlamada güllənin vurulan şəxsin boynunda zəncir boyunbağıya ilişdiyi üçün adamın ciddi xəsarət almadan xilas olduğunu bildirib.

"Təxminən on millimetr genişlikdə olan bu gümüş zəncir cavab verdiyimiz atışma qurbanının hələ də sağ olmasının yeganə səbəbidir", deyə polis bildirib.

22 kalibrli güllə mübahisə zamanı açılıb və qurbanın boynuna sancılmaq əvəzinə, taxdığı zəncirə ilişib. Nəticədə o, yalnız kiçik yara alıb. 

"Şübhəli şəxs hadisə yerində həbs edilib və qətlə cəhd ittihamı ilə üzləşib”, deyə polis bildirib.

Jalə

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin