Bu ölkədə yeni epidemiya yayıldı - Bu dəfə sudan....

19:39 - 3 İyun 2024

Bu ölkədə yeni  epidemiya yayıldı - Bu dəfə sudan....

Yunanınstanda suda yeni xəstəlik aşkarlanıb.

 

Manset.az xarici mediaya itinadən xəbər verir ki, Yunanıstanın Tesaliya bölgəsindəki Rizomilo və Stefanovikio qəsəbələrində içməli su ilə bakteriyaların qarışması nəticəsində qastroenterit xəstəliyinin baş verdiyi bildirilib.

Yunanıstan Milli Xalq Sağlamlığı Təşkilatından (EODY) verilən açıqlamada, mayın 27-də və sonrasında Rizomilo və Stefanovikio qəsəbələrində çoxlu qastroenterit hadisəsinə rast gəlindiyi bildirilib.

Məlumat da qeyd olunur ki, rayon ərazisində aparılan müayinələr zamanı içməli suda çoxlu mikrob və bakteriya, o cümlədən salmonella aşkar edilib.

Açıqlamada, tualet istisna olmaqla, bu ərazidə kran sularından istifadə edilməməsi ilə bağlı xəbərdarlıq edilib.

Xəbərdarlıqda 100 dərəcədən yuxarı qaynar su olmadan yemək, içmə, yeməklərin təmizlənməsi və şəxsi təmizlik daxil olmaqla, tualetdən başqa heç bir yerdə suyun istifadə edilməməsi vurğulanıb.

Epidemiya ilə əlaqədar rayonda uşaq bağçalarında və ibtidai məktəblərdə tədris bir gün müddətinə dayandırılıb.

Bələdiyyə kran suyundan istifadə etməmək tövsiyə olunan insanlara butulkalarda su paylamağa başlayıb.

Prokurorluq epidemiyanın səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

Volosda qastroenteritdən ölən şəxsin ölüm səbəbinin bu epidemiya ilə bağlı olub-olmadığı araşdırılır.

Qastroenterit nədir?

Qastroenterit mədə və bağırsaqların iltihabıdır. Adətən viruslar, bakteriyalar və ya parazitlər səbəb olur və həzm sisteminin infeksiyalarından biridir. Qastroenterit əlamətləri qarın ağrısı, ishal, qusma, qızdırma, yorğunluq, iştahsızlıq və susuzluq ola bilər.

Qastroenterit tez-tez gigiyena qaydalarına əməl edilməməsi və ya çirklənmiş qidaların istehlakı səbəbindən baş verə bilər. Müalicə adətən simptomları aradan qaldırmaq, nəmləndirməni saxlamaq və infeksiyanın yaratdığı problemləri idarə etməkdən ibarətdir. Dərmanlar yalnız simptomları idarə etməyə kömək edə bilər və antibiotiklər yalnız bakterial infeksiyalar üçün lazımdır.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin