Kürə düşən 3 nəfərin axtarışları davam etdirilir - VİDEO

12:26 - 4 İyun 2024

Kürə düşən 3 nəfərin axtarışları davam etdirilir - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Tovuzda “VAZ-2107” markalı avtomobil Hunanlar kəndindəki körpüdən Kür çayına aşıb.

Hadisə nəticəsində maşında olan 4 nəfərdən biri - 1992-ci il təvəllüdlü Turqut İbrahimov sudan çıxaraq xilas olub, 3 nəfərin isə suda batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən məlumata görə, hazırda vətəndaşların batdığı ehtimal edilən istiqamətlər üzrə intensiv şəkildə axtarışlar davam etdirilir.

Qeyd edək ki, əraziyə Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin