"28 May"da özünü qatarın altına atan şəxslə bağlı YENİ DETALLAR

14:16 - 4 İyun 2024

Metronun "28 May" stansiyasında qatar stansiyaya daxil olarkən 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayev platformadan yola yıxılıb.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən Manset.az-a verilən məlumata görə, 68 yaşlı şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Lakin vətəndaşın qatar yoluna düşərkən hansı vəziyyətdə olması ilə təfərrüatlı informasiya verilməyib.

Bizim.media-nın əldə etdiyi məlumata görə, Şərafəddin Abdullayev intihar edib. Yəni onun sağlamlıqla bağlı heç bir ciddi narahatlığı olmayıb və özünü qatarın altına bilərək atıb.

Qeyd edək ki, qatar həmin şəxsin üstündən keçib və o, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin