Binəqədidə narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı - VİDEO

15:20 - 4 İyun 2024

Binəqədidə narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı - VİDEO

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının may ayı ərzində keçirdikləri silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 65 fakt aşkarlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, qanunsuz dövriyyədən külli miqdarda müxtəlif növ narkotik maddə və psixotrop maddə çıxarılıb. Vətəndaşlarla aparılaran profilaktik tədbirlərin nəticəsi olaraq səkkiz odlu silah, o cümlədən dörd "Kalaşnikov" avtomatı, dörd "Makarov" tapançası və 81 ədəd patron polis əməkdaşlarına təhvil verilib.

Binəqədi RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının isə may ayında keçirdikləri tədbirlərlə narkotik vasitə və spirtli içkinin təsiri altında avtomobil idarə edən 23, avtoxuliqanlıq əməlləri törədən iki sürücü aşkarlanıb. Tədbirlər zamanı avtomobilin konstruksiyasında dəyişiklik edən 27 sürücü müəyyən edilərək barələrində tədbir görülüb, həmçinin yol polisləri tərəfindən bir ədəd "Kalaşnikov" avtomatı aşkar olunub.

 

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin