Avropalı turist Qədim Roma divarını zədələdi

15:51 - 4 İyun 2024

Avropalı turist Qədim Roma divarını zədələdi

Hollandiyalı turist tətili zamanı tarixi Roma divarını zədələdiyi iddiası ilə İtaliya polisi tərəfindən yaxalanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə eramızın 79-cu ildə Vezuvi dağının püskürməsi nəticəsində Pompey kimi vulkanik küllə örtülmüş Qədim Roma şəhəri Herkulaneumda baş verib.

İtaliya polisi bazar ertəsi yaydığı press-relizdə bir turistin bazar günü gecə şəhərdəki bir evin divarlarına "imza atdığını" bildirib.

Polisin açıqlamasında, "Kampaniyada tətil edən 27 yaşlı hollandiyalı turist Vezuvi dağının külündən düzəldilmiş evin köhnə suvağına qara qələmlə silinməz yazı yazıb. Həmin şəxs dərhal müəyyən edilib və sənət əsərlərinə ziyan vurmaq və çirkləndirmək iddiası ilə protokol tərtib edilib” deyilib.

İtaliyanın mədəniyyət naziri Gennaro Sangiuliano Facebook-da şübhəlinin "sənət əsərlərini zədələdiyi və oksidləşdirdiyi" üçün cəzalandırıldığını bildirib.

Qeyd olunub ki, bu hadisə bir turistin İtaliyada iz buraxmağa cəhd etdiyi ilk hadisə deyil. Britaniyalı turist keçən yay Romadakı Kolizeyə ziyan vurduğu üçün üzr istəyib.

O zaman 31 yaşlı İvan Danailov Dimitrov öz adı və nişanlısının adı ilə divara “İvan+Haley 23” yazıb.

O, məktubunda yazır: "Təəssüf ki, baş verənlərdən sonra abidənin qədimliyini öyrəndiyim üçün dərin utanc hissi ilə etiraf edirəm. Əslində bütün bəşəriyyətin irsi olan bir abidəyə dəymiş ziyana görə italyanlardan və bütün dünyadan üzr istəyirəm" deyib.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin