Lunyov "Qarabağ"dan getdi

19:04 - 4 İyun 2024

Lunyov

“Qarabağ” qapıçısı Andrey Lunyovla yollarını ayırıb.

 

Manset.az  xəbər verir ki, 33 yaşlı rusiyalı qolkiperlə başa çatan müqavilə uzadılmayıb.

2023-cü ilin yayından “Qarabağ” futbol klubunda çıxış edən Lunyov bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Andrey “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin