Azərbaycanın keçmiş DTK rəisi VƏFAT ETDİ

19:27 - 4 İyun 2024

Azərbaycanın keçmiş DTK rəisi VƏFAT ETDİ

Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vaqif Hüseynov vəfat edib.

 

Manset.az  Rusiyanın "mk.ru" saytına istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib.

Onun ölüm səbəbi açıqlanmayıb.

Vaqif Hüseynov 27 noyabr 1942-ci ildə Quba şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1961–1964-cü illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra jurnalist kimi bir sıra mətbu orqanlarda — "Sport", "Molodyoj Azerbaydjana" "Olimpiyskaya Panorama" qəzetlərində, o cümlədən televiziyada fəaliyyət göstərib.

O, 16 avqust 1989-cu ildən 13 sentyabr 1991-ci ilə qədər Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin rəisi vəzifəsində işləyib.

1993-cü ildən Moskvada yaşayır. 1997-ci ildə Moskvada tanınmış "Rosbalt" informasiya agentliyini yaratmışdı. O, agentliyin Direktorlar Şurasının sədridir. Eyni zamanda Strateji Dəyərləndirmə və Təhlil İnstitutunun direktoru idi.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin