Lənkəranda meyxanaçının yeni doğulan körpəsi ölüb

20:17 - 4 İyun 2024

Lənkəranda meyxanaçının yeni doğulan körpəsi ölüb

Lənkəran Perinatal mərkəzdə dünyaya gələn oğlan uşağı ölüb. 
 

Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, yaxınlarının məlumatına görə qeysəriyyə  yolu ilə dünyaya gələn uşaqda heç bir problem olmayıb. 

Sonradan uşağın ürək döyüntüləri yoxlanılaraq əməliyyata götürülüb. Əməliyyat zamanı uşaq ölüb. 

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Mərkəzin ilkin açıqlamasına görə 1993-cü il təvəllüdlü qadın hamiləliyinin 38-ci həftəsində 03.06.2024-cü il tarixdə gündüz saatlarında Lənkəran Rayon Perinatal Mərkəzə müraciət edib. Hamilə qadın bütün lazımi müayinələrdən keçirilib.  Saat 21:15-də planlı əməliyyat məqsədilə Doğum şöbəsinə daxil olub.  

04.06.2024 tarixində saat təqribən 07:30- 07:35  radələrində müalicə həkimi dölün ürək vurğularını eşitmədiyi üçün əməliyyata alıb, döl ölü doğulub.

Qeyd edək ki, ölən körpə tanınmış meyxanaçı Oruc Bayramsəsin övladı olub. Tələf olan körpə dölün ölüm səbəbi  tam ekspertizadan sonra açıqlanacaq.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin