Ağdamda altı yaşayış binasının tikintisinə başlanılır

11:08 - 5 İyun 2024

Ağdamda altı yaşayış binasının tikintisinə başlanılır

Ağdam şəhərində genişmiqyaslı tikinti işləri sürətlə davam etdirilir.

 

Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, şəhərin 2 nömrəli yaşayış massivinin 4-cü məhəlləsi üzrə 126 mənzildən ibarət yaşayış binalarının inşasına başlanılır.

2, 3, 4 və 5 otaqlı mənzillərdən ibarət 6 ədəd yaşayış binası 3, 4, 5, 6 və 7 mərtəbəli olacaq.

Burada söhbət 16, 17, 19, 20, 21 və 22-ci binaların tikintisindən gedir.

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti inşaat işlərinin 18 273 253 manata başa gələcəyini ehtimal edir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin