ADNSU QS Reytinq sıralamasında dünyada 1001-1200, Azərbaycanda isə 2-ci yerdədir - Növbəti beynəlxaq uğur!

13:51 - 5 İyun 2024

ADNSU QS Reytinq sıralamasında dünyada 1001-1200, Azərbaycanda isə 2-ci yerdədir - Növbəti beynəlxaq uğur!

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 2025-ci il üçün “QS Dünya Universitetlərinin Reytinq Sıralamasında” 1001-1200-cü yerdə qərarlaşıb.

 

Manset.az xəbər verir ki, ötən ilin göstəricisi ilə müqayisədə əhəmiyyətli irəliləyişin səbəbi ADNSU-nun akademik və işə götürən indikatorlarına görə 4 dəfə, beynəlxalq tədqiqat şəbəkəsi üzrə indikatora görə 1-dən 6.6-ya, əcənəbi müəllimlərin əmsalına görə 10,1-dən 17,4-ə yüksəlməsidir.  Qeyd edək ki, əcnəbi müəllimlərin əmsalına görə ADNSU Azərbaycanda liderlik edir, dünyada isə 634-cü yerdədir.

Quacquarelli Symonds (QS) Dünya Universitetlərinin Reytinq Siyahısında ADNSU ilə yanaşı, Azərbaycandan daha iki universitet yer alıb. ADNSU “QS Dünya Universitetlərinin Reytinq Sıralamasında” yer alan 3 Azərbaycan universiteti arasında II yerdə qərarlaşıb. Azərbaycanı reytinq sıralamasında təmsil edən hər üç universitet məşğulluq göstəricisinə görə dünyada TOP-500-də yer alıb.

Quacquarelli Symonds (QS) Dünya Universitetlərinin Reytinqində iştirak üçün 106 ölkədən 5663 universitet müraciət edib. Onlardan 2025-ci il üçün “QS Dünya Universitetlərinin Reytinq Sıralamasında” 1503 universitet yer alıb.

Xatırladaq ki, ötən ilk reytinqdə 104 ölkədən 2963 ən yaxşı universitet iştirak etmiş və onlardan 1499-u yüksək nəticələr əldə edərək 2024-cü il üçün QS Dünya Universitetlərinin Reytinq Sıralamasına daxil olmuşdu. ADNSU ötən ilk QS Dünya Universitetlərinin Reytinq Sıralamasında 1201-1400-cü yerdə qərarlaşıb.

Ekspertlərin fikrincə, QS Dünya Universitetlərinin Reytinq Sıralamasında yer almaq üçün rəqabətin gücləndiyi şəraitdə ADNSU-nun reytinqdə irəliləməsi son il ərzində aparılmış davamlı və səmərəli fəaliyyətin nəticəsidir.



Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin