"Qalatasaray"dan transfer bombası

15:07 - 5 İyun 2024

Mövsümü çempionluqla tamamlayan və gələn il də eyni hədəflə mübarizə aparmağı planlayan "Qalatasaray"da transfer çalışmaları davam edir. "Sarı-qırmızılılar" heyəti gücləndirmək üçün klublar və menecerlərlə danışıqları davam etdirir.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, "sarı-qırmızılılar"ın Monako ilə müqaviləsinin son mövsümünə başlayan 25 yaşlı Mali əsilli fransalı futbolçu üçün bonuslarla birlikdə 15 milyon avroya qədər təklif etməyə hazırlaşdıqları iddia edilir.

Qeyd edək ki, Yossof Fofana bu mövsüm "Monako"nun heyətində 35 oyun keçirib. Mali əsilli fransız yarımmüdafiəçi 4 qol və 4 məhsuldar ötürmə ilə çıxış edib. Fofananın klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin