Bakıda Böyükşor gölünün bərpasına başlanılır

17:05 - 5 İyun 2024

Bakıda Böyükşor gölünün bərpasına başlanılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC (“Azəryaşlandşaft”) Bakıda Böyükşor gölünün bərpasının 2-ci mərhələsinə başlayacaq.

 

Manset.az Report-a istinadən xəbər verir ki, ilkin olaraq texniki-iqtisadi əsaslandıma və layihə-smeta sənədlərinin təkmilləşdirməsi üzrə məsləhətçi seçiləcək.

"Böyükşor gölünün bərpası layihəsi" Prezident İlham Əliyevin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na və “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq 2013-cü ildən həyata keçirilir.

Layihə aşağıdakı mərhələlərdən ibarətdir:

- Olimpiya Stadionu tərəfində Gölün şərq hissəsinin bərpası

- Gölün Qərb hissəsi və Şimal bəndin arxasında yerləşən neftlə çirklənmiş ərazilərin bərpası

- Şimal Gölün və Dib çöküntülərinin saxlanc anbarlarının bərpası.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin