AB-dən McDonald's-a qadağa

17:13 - 5 İyun 2024

AB-dən McDonald's-a qadağa

Avropa İttifaqı (Aİ) məhkəməsi McDonald's-ın toyuq məhsulları üçün "Big Mac" ifadəsini istifadə etmək hüququna malik olmadığına qərar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mərkəzi ofisi Lüksemburqda olan və AB-nin ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsinin strukturuna daxil olan Ümumi Məhkəmə, İrlandiyada fəaliyyət göstərən fast food restoranları şəbəkəsi Supermac's McDonald's-a qarşı "Big Mac" ticarət nişanı ilə bağlı açdığı iddia ilə bağlı qərar verib.

Məhkəmə McDonald's-ın toyuq məhsulları sahəsində AB-də Big Mac ticarət markasının qeydiyyatını itirdiyinə qərar verib. Qərarda McDonald'sın sözügedən məhsuldan 5 ildir AB-də davamlı olaraq istifadə etmədiyi bildirilib.

McDonald's 1996-cı ildə ət və toyuq məhsullarını daxil etmək üçün Big Mac-i qeydiyyatdan keçirdi.

2017-ci ildə Supermac McDonald's-ın toyuq məhsullarında Big Mac adının istifadəsini ləğv etmək üçün hüquqi prosedurlara başlayıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin