Bacısı öldürüldü - Qardaşı saxlanıldı

09:25 - 6 İyun 2024

Bacısı öldürüldü - Qardaşı saxlanıldı

İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Səbinə Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, bu barədə Ağcabədi Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, araşdırmalarla 1991-ci il təvəllüdlü Sadiq Kərimovun aralarında yaranmış mübahisə zamanı dəmir linglə xəsarətlər yetirərək bacısı Səbinə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Sadiq Kərimov şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin