"Azərbaycanda neft strategiyasının əsası məhz bu müqavilə ilə qoyulub" - Emin Hacıyev

10:12 - 6 İyun 2024

Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbiri hesab olunan Bakı Enerji Həftəsi keçirilir. Bu mötəbər tədbirdə 37 ölkədən 300-dək şirkət iştirak edir. 

2024-cü ildə Bakı Enerji Həftəsi əhəmiyyətli bir hadisəyə təsadüf edir. Belə ki, bu il Respublikamızın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Azərbaycanda neft strategiyasının əsası məhz bu müqavilə ilə qoyulmuşdur. Cənab Prezidentin tədbirin açılışı zamanı etdiyi çıxışda bildirdiyi kimi bu müqavilənin imzalanması ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. 

Enerji təhlükəsizliyi milli təhlükəsizliyimizin önəmli bir hissəsidir. Son 30 ildə bu sahədə Azərbaycanla imzalanan müqavilələrin hamısı tam şəkildə icra olunmuşdur. Beləliklə də, ölkəmiz enerji sahəsində etibarlı bir tərəfdaşa çevrilib. 

Bərpaolunan enerji və yeni texnologiyaların tətbiqi də ölkəmizdə hal-hazırda gündəmdə olan məsələdir. Əlbəttə ki, bunlarla yanaşı olaraq iqlim dəyişikliyi və onun mənfi təsirlərini aradan qaldırmaq üçün digər dövlətlərlə əməkdaşlıq etmək önəmlidir. Dövlət başçımızın bildirdiyi kimi iqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Azərbaycan bu sahədə də öz tərəfdaşları ilə birlikdə proaktiv addımlar atır və beynəlxalq ictimaiyyəti bu məsələdə daha həssas və məsuliyyətli olmağa çağırır.

 

Emin Hacıyev

Millət vəkili


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin