Məşhur müğənnidən xəstəxana paylaşımı - “Yetkinlik illərim xəstə olaraq keçdi"

11:45 - 6 İyun 2024

Məşhur müğənnidən xəstəxana paylaşımı - “Yetkinlik illərim xəstə olaraq keçdi

Amerikalı müğənni Helsi səhhəti ilə bağlı çətin bir proses keçdiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Helsi yazısında ona "lupus" və "leykemiya" diaqnozu qoyulduğunu bildirib. 

O, müalicə aldığı anlardan fotoları yayımlayıb. “Mən sağ qaldığım üçün şanslıyam. Xəstə olmaq üçün özümə daha iki il verdim. 30 yaşım tamam olanda yenidən doğulacam. Daha sonra 20 yaşlarımı 30 yaşımda yenidən yaşayacam" deyən müğənni özünü yaşlı qadın kimi hiss etdiyini bildirib.

Müğənni "Yetkinlik illərimin çox hissəsini xəstə kimi keçirdim" deyib.

Halsey 2021-ci ildə türkiyəli ssenarist Alev Aydından dünyaya gətirdiyi oğlu Enderin doğulmasından sonra endometrioz və sjogren sindromu kimi bir neçə xəstəlikdən müalicə alıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin