Ağır avtobus qəzasında ölənlərin kimliyi bilindi - SİYAHI (VİDEO)

12:01 - 6 İyun 2024

Ağır avtobus qəzasında ölənlərin kimliyi bilindi  - SİYAHI (VİDEO)

İyunun 6-da saat 10 radələrində Y.Bağırovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

 

Manset.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

Araşdırma aparılır.

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin