Qorxulu xəstəlik aşkarlandı - Dünya təlaş içində

12:32 - 6 İyun 2024

Qorxulu xəstəlik aşkarlandı - Dünya təlaş içində

ABŞ-nin  Nyu-York ştatında cinsi yolla keçən yeni xəstəliyin aşkar edildiyi dünyaya açıqlanıb.

 

Manset.az xarici mətbuata əsasən xəbər verir ki, yeni xəstəliyin adı “Tip VII”-dir.

Belə ki, ABŞ-nin Nyu York ştatında bir kişi yüksək yoluxucu  göbələk səbəbi ilə xəstəxanaya müraciət edib. Araşdırmalar nəticəsində məlum olub ki, xəstədə təkcə göbələk deyil, həm də “Tip VII” var.  

Xəstəliyin əlamətlərinə qollarda, cinsiyyət orqanlarında, kürəkdə səpgi və ləkələr, həmçinin yanma daxildir.

Qeyd edək ki, ABŞ mətbuatına danışan həkimlər bu halların artdığını və xəstələrin utandıqları üçün xəstəxanaya getmədiklərini, lakin bunun çox yanlış olduğunu bildiriblər.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin