Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yol bağlandı

12:45 - 6 İyun 2024

Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yol bağlandı

Gürcüstanın Rusiya ilə yeganə işlək quru gömrük-keçid məntəqəsinin bütün işçiləri təxliyə edilib.

 

Manset.az Apa-ya istinadən bildirir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb. Bildirilib ki, yerli vaxtla 08:36-da Devdorakidə yerləşdirilmiş detektor çay yatağında suyun səviyyəsinin artmasına dair xəbərdarlıq siqnalı göndərib.

Bundan sonra protokola əsasən Dəryal gömrük keçid məntəqəsindəki bütün patrul polisləri, gömrük əməkdaşları, sərhəd polisi və özəl şirkətin əməkdaşları təhlükəsiz yerə təxliyə ediliblər.  Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyin əməkdaşları və geoloqlar sərhəd polisinə məxsus helikopterlə əraziyə yola düşüblər.

Bundan başqa, Qveleti yaxınlığında magistral yol bağlanıb. Hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı bildirilib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin