4 milyon dollara satıldı: Dünyanın ən bahalı inəyi oldu - Hətta silahlı mühafizəçiləri də var

15:36 - 6 İyun 2024

4 milyon dollara satıldı: Dünyanın ən bahalı inəyi oldu - Hətta silahlı mühafizəçiləri də var

Braziliyada 4 milyon dollara satılan Nelore inəyi "ən bahalı inək" rekordunu qırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, inəyin hərracda satıldığı bildirilib.

Kameralar və silahlı mühafizəçilər tərəfindən qorunan Viatina-19 FIV Mara Movéis adlı inəyin 1100 kilo olduğu qeyd olunub.

Onun bu qədər baha olmasının səbəbi ət üçün yetişdirilən Nelore cinsinə ideal nümunə olmasıdır.

Hətta övlad yetişdirmək üçün Viatina-19-dan yumurta hüceyrələrinin alınmasının dəyəri 250 min dollardır.  

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin