Məşhur filmin çəkildiyi yerdə bir nəfər həyatını itirdi

17:08 - 6 İyun 2024

Məşhur filmin çəkildiyi yerdə bir nəfər həyatını itirdi

Dünya şöhrətli Hollivud aktyoru Tom Kruzun “Mission: Impossible 6” filmində dırmaşdığı Norveçdəki Pulpit Qayasından  (Preikestolen)bir nəfər yıxılaraq ölüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 604 metr hündürlüyə yüksələn sıldırım Preikestolen, xüsusilə filmdəki səhnələrdən sonra populyarlıq qazanıb.

Ölkənin ən məşhur gəzinti və dırmaşma yerlərindən birinə çevrilən uçurumdan bazar ertəsi 40 yaşlarında bir kişinin düşdüyü bildirlib.

Onun tək səyahət etdiyi, telefon və şəxsiyyət vəsiqəsi ilə tapıldığı açıqlanıb.

Səlahiyyətlilər, hadisəni qəza kimi qiymətləndirib.

Bildirilib ki, cinayət xarakterli hər hansı bir hadisənin baş verdiyinə dair heç bir ehtimal yoxdur.

Bazar ertəsi iki şahid dindirilib. Şahidlərin dediyinə görə, kişi sürüşərək yıxılıb.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin