17 lider HƏMAS-ı "İsrailin atəşkəs təklifini qəbul etməyə" çağırdı

17:32 - 6 İyun 2024

17 lider HƏMAS-ı

ABŞ, İngiltərə, Almaniya, Fransa, Kolumbiya və Tayland da daxil olmaqla 17 ölkənin liderləri mayın 31-də ABŞ prezidenti Co Bayden tərəfindən açıqlanan; Qəzzada 3 mərhələli atəşkəs təklifi ilə bağlı birgə bəyanat verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkə liderləri birgə bəyanatlarında Həmas-ı “İsrailin atəşkəs təklifini qəbul etməyə” çağırıblar.

Liderlər HƏMAS-ın saxladığı məhbuslar arasında öz vətəndaşlarının da olduğuna diqqət çəkiblər.

Açıqlamada, sözügedən ölkələrin atəşkəs və məhbusların azad edilməsi təklifini dəstəklədiyi qeyd edilib və "İtiriləcək vaxt yoxdur. HƏMAS-ı, İsrailin irəli sürməyə hazır olduğu bu təklifi qəbul etməyə və vətəndaşlarımızı azad etməyə çağırırıq” ifadələrdən istifadə edilib.

Bəyanatda, razılaşmanın Qəzzanın reabilitasiyası, İsrail və Fələstinlilər üçün təhlükəsizlik zəmanətləri, daimi sülh və iki dövlətli həll imkanları da gətirəcəyi vurğulanıb.

Tərəflərin uzlaşmaya çağırıldığı ortaq bəyanatda "Müharibəyə son qoymağın vaxtı gəldi. Bu razılaşma zəruri başlanğıc nöqtəsidir" deyilib.

Birgə bəyanatı ABŞ, Argentina, Avstriya, Braziliya, Bolqarıstan, Kanada, Kolumbiya, Danimarka, Fransa, Almaniya, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, İspaniya, Tailand və Böyük Britaniya liderləri imzalayıblar.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin