“O müğənnini efirə çağırırlar ki, həmkarlarını söysün” – Faiq Ağayev

19:46 - 6 İyun 2024

“O müğənnini efirə çağırırlar ki, həmkarlarını söysün” – Faiq Ağayev

“O şəxsin cəmi bir mahnısı var. O da ki, böyük bir sənətkarın qanadının altında gizlənmişdi. O şəxs isə bir qrupun solisti idi. Çağırmayın da bu insanı efirə. O kanaldan çıxıb, digərinə girir. Keçmişdə bir dənə mahnı oxuyub... O vaxtdan bu günı kimi bir dənə də olsa yeni mahnı oxumayıb. Yaşlı insandır, onu efirlərə çağırırlar ki, başqa insanları söysün. Ay qardaş mahnını oxu da... Sənin şöhrətli və şanlı sənət yolunda olmayıb ki, biz köhnə “baqajına” görə sənə hörmət edək”.

 Manset.az Lent.az -a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.

“Gənclərə yalnız dəstək durmaq lazımdır. Təbii ki, əgər o və mahnısı buna layiqdirsə. Dur onun arxasında, kömək elə. Biz əgər pisləri qınayırıqsa və zövqümüzü xərəb olmasında günahlandırırıqsa, yaxşıları da zamanında tərifləmək lazımdır” - deyə Xalq artisti bildirib.
 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin