Dünyada milyonçuların sayı artdı

22:31 - 6 İyun 2024

Dünyada milyonçuların sayı artdı

Beynəlxalq konsaltinq şirkəti "Capgemini" 2023-cü il üçün dünyada milyonçuların sayı və onların ümumi sərvətləri ilə bağlı Dünya Sərvət Hesabatını açıqlayıb.


Manset.az oxu.az-a istinadən bildirir ki, şirkətin hesablamalarına görə, zəngin insanların sayı keçən il 5,1% artaraq 22,8 milyon nəfərə çatıb. Onların ümumi sərvəti də 4,7% artaraq 86,8 trilyon dollar təşkil edib.

Son bir ildə rifahın ən əhəmiyyətli artımı Şimali Amerikada, ən pis vəziyyət isə Afrikada müşahidə olunub.

Qeyd olunub ki, əgər 2022-ci ilin sonunda geosiyasi gərginlik və iqtisadi qeyri-sabitlik səbəbindən milyonçuların ümumi sərvəti 3,6%, milyonçuların sayı isə 3,3% azalıbsa, 2023-cü ildə artım nəinki bərpa olunub, həm də rekord həddə çatıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin