Binəqədidə ağır qəza - Yaralı var

09:09 - 7 İyun 2024

Binəqədidə ağır qəza - Yaralı var

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, rayonun Xocəsən qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sürücü 1999-cu il təvəllüdlü Ruslan Nəsib oğlu Kazımov xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin