Şəhid Nazim Şirinovun qalıqları dəfn olundu

12:41 - 7 İyun 2024

Şəhid Nazim Şirinovun qalıqları dəfn olundu

Birinci Qarabağ müharibəsində şəhid olan Şirinov Nazim Şirin oğlunun qalıqları Abşeron rayonunun Mehdiabad qəsəbəsində dəfn olunub.

 

Manset.az Azərtac-a istinadən xəbər verir ki, hərbçimizin nəşinin qalıqları Füzulidə adsız qəbristanlıqda tapılıb.

Şəhidin nəşi Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyindən Mehdiabada ailə üzvlərinin yaşadığı evə gətirilib.

Vida mərasimindən sonra şəhid Mehdiabad qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, Şirinov Nazim Şirin oğlu 1962-ci il yanvarın 1-də Cəbrayıl rayonunun Doşulu kəndində anadan olub. O, 1993-cü il oktyabrın 23-də Fizuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin