"Bir ay ərzində Azərbaycanla sülh sazişini imzalamağa hazırıq" Ermənistan XİN

13:50 - 7 İyun 2024

İrəvan Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işi bir ay ərzində başa çatdırmağa və onu imzalamağa hazırdır.

 

Manset.az Report-a istianədən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasının vaxtı yetişib. Ermənistan tərəfi onun yaxın bir ay ərzində başa çatdırılması və imzalanması istiqamətində konstruktiv və intensiv işləməyə hazır olduğunu ifadə edir”, - məlumatda qeyd edilib.

Daha əvvəl məlumat verilmişdi ki, Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə cavab verib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin