Deputatdan Şuşa və Xankəndi ilə bağlı Təklif

15:35 - 7 İyun 2024

Deputatdan Şuşa və Xankəndi ilə bağlı Təklif

Milli Məclisdəki müzakirələr zamanı çıxış edən deputat Emin Hacıyev Qarabağa dair Elmi Araşdırmalar Mərkəzinin yaradılmasını təklif edib.


Manset.az-ın məlumatına görə, deputat bildirib ki, bu Mərkəz yalnız Qarabağın tarixini deyil, coğrafi, təbii ehtiyatlar, musiqi, mədəniyyət, bioloji, antropoloji araşdırmaları və sair sahələrini də əhatə edə bilər:

“Hesab edirəm ki, Şuşada yaxud Xankəndidə belə bir Mərkəzin yaradılmasının yaxın zamanlarda reallaşdırılmasının əsl vaxtıdır. Bu, Qarabağın resurslarından istifadənin keyfiyyətinin təminatına, erməni yalanlarının ifşasına, Azərbaycan - Qarabağ həqiqətlərini elmi nəzərdən dünya ictimaiyyətinə çatdırılmasına, eyni zamanda həmin bölgədə elmi mühitin möhkəmlənməsinə töhfə verər”.

E.Hacıyev əlavə edib ki, bu elmi tədqiqat Mərkəzi həm də Qarabağ Universiteti ilə simbioz - tandem şəkildə işləyə və qarşılıqlı fayda verə bilər:

“Həm də o baxımdan ki, tələbələr buradakı tədqiqatlara cəlb oluna bilər və praktiki olaraq elmi tədqiqatların işində iştirak edə bilərlər”.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin