Ermənistandan Azərbaycana keçmək istəyən əcnəbi barədə qərar verildi

15:59 - 7 İyun 2024

Ermənistandan Azərbaycana keçmək istəyən əcnəbi barədə qərar verildi

Ermənistandan Azərbaycana qanunsuz keçmək istəyən Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimirin məhkəmə prosesi başa çatıb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən ona 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimir Ermənistan-Azərbaycan dövlət sərhədini qanunsuz keçərkən saxlanılıb və Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi çərçivəsində ona Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikası dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə ittiham irəli sürülüb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin