Azərbaycanda bu imtahan pullu olacaq

18:22 - 7 İyun 2024

Azərbaycanda bu imtahan pullu olacaq

Azərbaycanda peşəkar mühasib sertifikatının verilməsinə görə imtahan üçün ödəniş müəyyən olunacaq.

Manset.az Mİlli.Az-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Mühasibat uçotu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, imtahanda iştirak ödənişli olacaq. İmtahanda iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbil edilib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin