Bəhram Bağırzadə bu paylaşımına görə tənqid edildi

18:39 - 7 İyun 2024

Bəhram Bağırzadə bu paylaşımına görə tənqid edildi

Əməkdar artist Bəhram Bağırzadə yayımladığı videoya görə tənqid edilib.

 

Manset.az Axşam.az-a istinadən xəbər verir ki, aktyor şəhərdə skuter sürən oğlanla qızın videosunu çəkib. Həmin videonu instaqramda yerləşdirən Bağırzadə qınanılıb.

Sosial şəbəkə istifadəçiləri görüntünün silinməsini istəyiblər. Bir çoxları isə bunun nə səbəbə çəkilib yayımlandığı ilə bağlı sual ünvanlayıb.

Skuteri sürən şəxs isə aktyora "Video nə səbəbə çəkilib bilmirəm, amma silinsə yaxşıdır. Videodakı oğlan mən və yoldaşımdır" deyə, şərh yazıb. Bağırzadə isə buna məhəl qoymadan videonu silməyib. 

 


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin