Messidən “Real”la bağlı etiraf: “Barsa” azarkeşləri qəzəblənəcək

20:14 - 7 İyun 2024

Messidən “Real”la bağlı etiraf: “Barsa” azarkeşləri qəzəblənəcək

“İnter Mayami”nin futbolçusu Lionel Messi “hazırda hansı komandanı dünyanın ən yaxşısı hesab edirsiniz” sualına cavab verib.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, “Infobae.com” Messinin sözlərindən sitat gətirib.

“Ən yaxşı komanda “Real”dır. Çünki onlar Çempionlar Liqasının qalibidir. Oyun haqqında danışarkən, şəxsən mən Pep Qvardiolanın “Mançester Siti”sini bəyənirəm. Düşünürəm ki, Qvardiolanın çalışdırdığı istənilən komanda onun məşqçi olması, məşqçilik tərzi, işləmə tərzi, komandaya aşıladığı futbol növü ilə xüsusidir.

Ona görə də futbolun səviyyəsinə görə ən yaxşı komanda “Mançester Siti”, nəticə baxımından isə “Real Madrid”dir”, – deyə Messi bildirib.

Xatırladaq ki, 2023/2024 mövsümündə “Real” İspaniya çempionu olub və UEFA Çempionlar Liqasını qazanıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin