AFFA bu səbəbdən 2 klubu cəzalandırdı

21:32 - 7 İyun 2024

AFFA bu səbəbdən 2 klubu cəzalandırdı

AFFA İntizam-komitəsi Azərbaycan II Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən “Hypers” – “Şəfa” matçında baş verən hadisələrə görə hər iki klubun cəzalarını açıqlayıb.

Manset.az Axar.az-a istinadən xəbər verir ki, oyununun 90+4-cü dəqiqəsində “Hypers” komandasının heyətində Sirac Məmmədli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb.

“Şəfa” komandasının üzvü Nicat Abbasov da eyni hərəkətə görə cəzaya məruz qalıb. O, qarşılaşmanın 90+5-ci dəqiqəsində birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun diskvalifikasiya edilib, komandası 300 manat cərimə olunub.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin