Kosmosa uçur, sinəsində Azərbaycan bayrağı da olacaq - Video

22:23 - 7 İyun 2024

Kosmosa uçur, sinəsində Azərbaycan bayrağı da olacaq - Video

“Bir tərəfində Türkiyə, digər tərəfində isə Azərbaycan bayraqları ilə kosmosda iki qardaşı təmsil edəcəksən”.

 


Manset.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan suborbital uçuşa hazırlaşan Türkiyə tarixində ikinci astronavt Tuva Cihangir Atasever ilə canlı bağlantı vasitəsilə söhbəti zamanı deyib.
Atasever isə deyib ki, Azərbaycan və Türkiyə bayraqları Yer kürəsində daima yan-yana olduğu kimi, onun kosmosa səyahətində də yan-yana sinəsi üstündə yerini alacaq.
Qeyd edək ki, ABŞ-nin “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan suborbital uçuşa hazırlaşan Türkiyə tarixində ikinci astronavt Tuva Cihangir Atasever iyunun 8-dəki missiya zamanı üzərində Türkiyə və Azərbaycan bayraqlarının işləmələri olan forma geyinəcək.
Bundan əvvəl Türkiyənin ilk astronavtı Alper Gezeravcı bu il yanvarın 18-də Beynəlxalq Kosmik Stansiyaya uçub.

 


Xəbər xətti

13 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin