Qarabağla bağlı bu layihəni Bakıya təqdim edəcəyik - Minsk

22:48 - 7 İyun 2024

Qarabağla bağlı bu layihəni Bakıya təqdim edəcəyik - Minsk

Belarus noyabrda Ağdam rayonunda kənd təsərrüfatı şəhərciyi layihəsinin konsepsiyasını təqdim etməyi planlaşdırır.

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Belarus Baş nazirinin müavini İqor Petrişenko bildirib.

O qeyd edib ki, bu layihə Bakıda təqdim olunacaq:

“Belarus Qarabağın dirçəlişinə konkret töhfə verəcək. Əsas layihələrimizdən biri Ağdam rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı da daxil olmaqla, inteqrasiya olunmuş müasir kənd təsərrüfatı şəhərciyinin yaradılması, bu kənd təsərrüfatı kompleksinin işçiləri və onların ailə üzvləri üçün yaşayış və sosial obyektlərin tikintisi olacaq. Bu hərtərəfli layihənin konsepsiyasını bu ilin noyabrında Bakıda təqdim etməyi planlaşdırırıq”.

Layihəyə Ağdam rayonunda 420 ailə üçün nəzərdə tutulmuş qəsəbənin salınması da daxildir.

Xatırladaq ki, Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatı şəhərciyinin salınması təşəbbüsü Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana bu yaxınlarda dövlət səfəri zamanı Belarus tərəfindən irəli sürülüb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin