İrəvandan Moskvaya: Xahiş edirik, bizi təhdid etməyin!

23:33 - 7 İyun 2024

İrəvandan Moskvaya: Xahiş edirik, bizi təhdid etməyin!

Ermənistan heç bir ölkə ilə hərbi baza yerləşdirmək və ya strateji müttəfiqliyə qoşulmaq məsələsini müzakirə etmir və danışıqlar aparmır.

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, eyni hərəkətlər dövlətin suverenliyinə təhlükə yaradır:

"Əvvəla, xahiş edirəm, dayanın, bizi təhdid etməyin. KTMT haqqında danışmağı dayandırın. Təşkilatdan danışanda gəlsinlər desinlər ki, KTMT sərhəddi hardadır, onun həm KTMT-nin tərəfdaşı kimi, həm də Ermənistan-Rusiya müqaviləsinin tərəfi kimi hansı öhdəlikləri var. Bizim suveren ərazimizlə bağlı belə bəyanatlar verməyin".

Qeyd edək ki, daha öncə Qaluzin açıqlamasında Ermənistanın hərəkətlərinin Rusiya və digər KTMT ölkələri ilə vahid müdafiə məkanının yaradılması üzrə birgə işə qayıtmağı qeyri-mümkün edə biləcəyini bildirib.


Xəbər xətti

21 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin