Diş fırçası ilə polisə hücum etdi

19:21 - 8 İyun 2024

Diş fırçası ilə polisə hücum etdi

Fransanın cənubunda Fələstin tərəfdarı şüarlar səsləndirən və diş fırçası ilə polisə hücum edən saxlanılıb.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, iyunun 6-na keçən gecə Marsel şəhərinin birinci məhəlləsinin Kanebyer küçəsinə yoldan keçən biri polisə zəng edərək, əlində bıçaq olan naməlum şəxsin özünü nalayiq apardığını və özünü başqalarının üzərinə atdığını bildirib.

Tezliklə hadisə yerinə gələn polis şübhəlini görüb. Onlar onu sorğu-suala tutmaq üçün yaxınlaşdıqca həyəcanlı kişi bir əlini cibində saxlayaraq sanki nəyəsə əl uzatmaq istəyirmiş kimi “Allahu Əkbər” və “Viva Palestina” qışqırmağa başlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları xidməti silahı ona tərəf yönəldiblər, lakin o, yalnız bir əlini qaldırıb, ikinci əlini cibindən çıxarmayıb. Sonra isə asayiş keşikçilərinin gözü önündə bir əşya parıldayıb. Şübhəli yerə yıxılıb və dərhal əlləri qandallanıb.

Adamın əlində olan yeganə silah diş fırçası olub. Buna baxmayaraq, o, polis bölməsinə aparılıb, sonra nəzarətə götürülüb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin