Övladlarının surroqat anadan olduğunu ilk dəfə etiraf etdi

23:09 - 8 İyun 2024

Övladlarının surroqat anadan olduğunu ilk dəfə etiraf etdi

Məşhur supermodel Naomi Kempbell övladlarının surroqat anadan dünyaya gəldiyini ilk dəfə açıqlayıb.

 

Manset.az Axşam.az-a istinadən xəbər verir ki, o, bu barədə sualları "Times"a müsahibəsində təsdiqləyib.

Belə ki, 50 yaşında ana olduğunu açıqlayan Naominin hamiləlik görüntülərinin olmaması diqqət çəkmişdi. O, bugünə qədər bununla bağlı sualları cavablandırarkən uşaqlarının övladlıq olmadığını söyləyib. Model bildirib ki, qızı 2021-ci ilin mayında, oğlu isə 2023-cü ilin iyununda dünyaya gəlib. O, bu dəfə də uşaqların adlarını açıqlamayıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin