İsrailli general istefa verdi

22:19 - 9 İyun 2024

İsrailli general istefa verdi

İsrailin hərbi kabinetinin üzvü Benni Qantz istefa verib.

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə o, televiziya vasitəsilə müraciətində deyib. "Hökumətdən gedişim haqqında qərarı çox mürəkkəb və ağrılıdır" - B. Qantz belə deyib.

Qeyd edək ki, onun bu qərarı ötən həftə hökumət başçısı Benyamin Netanyahuya verdiyi ultimatumla əlaqələndirilir.

O, baş naziri iyunun 8-dək HAMAS ilə mübarizə məqsədilə yeni planın hazırlanmasına çağırmışdı.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin