Yunanıstanda itkin düşən BBC aparıcısı ölü tapıldı

11:04 - 10 İyun 2024

Yunanıstanda itkin düşən BBC aparıcısı ölü tapıldı

Yunanıstanın Simi adasında itkin düşən BBC-nin aparıcısı Maykl Moslinin 5 gün davam edən axtarışlardan sonra ölü tapıldığı bildirilib.

 

Manset.az xəbər verir ki, Yunan mətbuatı bu gün səhər saatlarında adaya tətil üçün gələn Moslinin cansız bədəninin Aya Marina çimərliyi yaxınlığındakı qayalıq ərazidən tapıldığını yazır.

Çərşənbə günü itən Moslinin cəsədinin ölüm səbəbinin müəyyən edilməsi üçün Rodos Ədli Tibb İnstitutuna aparıldığı və hazırda cinayət tərkibinə rast gəlinmədiyi qeyd edilib.

Səlahiyyətlilər onun yıxılması nəticəsində başından aldığı xəsarətlərdən ölməsi ehtimalını nəzərdən keçirdiklərini bildirib.

 

Fidan Əliyeva


Xəbər xətti

23 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin