Bakı-Quba yolunda ağır qəza - Ölən var

12:51 - 10 İyun 2024

Bakı-Quba yolunda ağır qəza - Ölən var

Bakı-Quba yolunun Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki,  "Toyota" markalı minik avtomobili yolda hərəkətdə olan zaman "Shacman"a çırpılıb.

Belə ki, qəza nəticəsində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Pərvanə Quliyeva hadisə yerində aldığ xəsarətlərdən ölüb.

Daha dörd nəfər - 2015-ci il təvəllüdlü Fidan Məmmədova, 1995-ci il təvəllüdlü Nigar Məmmədova, 2008-ci il təvəllüdlü Nərmin Quliyeva, 2013-cü il təvəllüdlü Ahu Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin