Qubadlıda 3 milyonluq LAYİHƏ

12:56 - 10 İyun 2024

Qubadlıda 3 milyonluq LAYİHƏ

Qubadlı rayonunun Xanlıq kəndinin şaquli planlama üzrə torpaq işlərinin həyata keçirilməsinə başlanılır.

 

Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.

Sözügedən işləri "19 saylı Tikinti Təmir İdarəsi" MMC həyata keçirəcək.

Xidmətlə MMC arasında görüləcək işlərlə əlaqədar olaraq 3,19 milyon manatlıq müqavilə bağlanacaq.

Qeyd edək ki, rayonda Həkəri çayının sahilində yerləşən Xanlıq kəndi yenidən qurulacaq. Kənd işğal dövründə tamamilə dağıdılıb və burada yaşayış evləri və infrastruktur yararsız vəziyyətə salınıb.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən ötən ilin mayın 4-də Xanlıq kəndinin təməli qoyulub. I mərhələdə Xanlıq kəndində iki, üç, dörd və beş otaqlı fərdi yaşayış evlərinin, inzibati binaların və ictimai-iaşə obyektlərinin tikintisi planlaşdırılır. Burada əhalinin dayanıqlı məskunlaşması üçün hər şərait yaradılacaq.


Xəbər xətti

13 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin