Vətən müharibəsi qazisi döyüldü - 2 nəfər saxlanıldı

17:05 - 10 İyun 2024

Vətən müharibəsi qazisi döyüldü - 2 nəfər saxlanıldı

Qusarda Vətən müharibəsi qazisini döyən iki nəfər polis tərəfindən saxlanılıb.

 

Manset.az "Qafqazinfo" ya istinadən xəbər verir ki, Qusar şəhərində yerləşən kafedə şəhər sakinləri Samir Qaçayev və Teyfur Xankişiyevin xuliqanlıq zəminində oranın icarədarı, 2-ci Qarabağ müharibəsi qazisi, Mucuq kənd sakini, 1991-ci il təvəllüdlü Ruslan Kübərovu döyərək xəsarətlər yetirməsi müəyyən edilib.

Hər iki şəxs artıq saxlanılıb.  Qeyd edək ki, R.Kübarov Vətən müharibəsindən sonra Cəbrayılın, Füzulinin, Kəlbəcərin, Şuşanın azad edilməsinə görə medalları, həmçinin "Hərbi xidmətdə şücaətə görə" medalı ilə təltif edilib.

Qazi xəstəxanaya yerləşdirilib. Hadisə vaxtı kafedə baş vermiş mübahisənin Qusar Rayon Mərkəzi Xəstəxanasında da davam etdirildiyi bildirilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin