Hindistanın yeni Nazirlər Kabineti formalaşdı

22:33 - 10 İyun 2024

Hindistanın yeni Nazirlər Kabineti formalaşdı

Hindistanda keçirilən parlament seçkisi nəticəsində formalaşan hökumətdə əsas nazirlər öz vəzifələrində qalacaqlar.


Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu, Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Nazirlər Kabinetinin ilk iclasından sonra məlum olub.

Modinin komandasına 30 nazir, 36 dövlət naziri və müstəqil statuslu 5 dövlət naziri daxildir.

Modinin Bharatiya Janata Partiyası (BJP) son 10 ildə ilk dəfə parlamentdə mütləq çoxluğu əldə edə bilmədiyi üçün koalisiya kabinetinə Milli Demokratik Alyansdakı (NDA) müttəfiq partiyaların üzvləri də daxildirlər.

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar, müdafiə naziri Racnath Sinqh, daxili işlər naziri Amit Şah və maliyyə naziri Nirmala Sitharaman vəzifələrində qalacaqlar.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin